"Atletiko"dan daha bir transfer

İspaniyanın "Atletiko" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Espanyol"un mərkəz müdafiəçisi Mario Ermosonu transfer edib. 24 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. İspaniya millisinin üzvünün keçidi üçün 25 milyon avro təzminat ödənilib. Daha 4 milyon avro bonuslar şəklində ödəniləcək. Ermosunun növbəti satışından "Espanyol"a 20 faiz pay düşəcək.

 

Ermoso 2017-ci ildə "Real"dan "Espanyol"a 400 min avroya transfer olmuşdu.

Tarix: 18 İyul [16:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio