Malta klubu Ronaldinyonu futbola qaytarmağa çalışır

18:38 - 18 İyul 2019

Braziliya millisinin sabiq üzvü Ronaldinyo futbola qayıda bilər.

 

Sportal.az "L-Argument"ə istinadən xəbər verir ki, Maltanın "Birkirkara" klubu 39 yaşlı futbolçunu transfer etmək üçün razı salmağa çalışır. Komandanın baş məşqçisi Maykl Valensiza futbolçunun agentinin çox maaş tələb etdiyini deyib. Danışıqların davam etdiyi bildirilir.

 

Ronaldinyo sonuncu dəfə 2015-ci ildə "FLuminense"də çıxış edib.

Xəbər xətti