"Neftçi" Azərbaycan futbolunda rekordu yenilədi

23:09 - 18 İyul 2019

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldovanın “Sperantsa” klubunu 6:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, daha əvvəl heç bir Azərbaycan təmsilçisi Avropa kuboklarında belə hesabla qalib gəlməmişdi.

 

Bakının “İnter” klubu (indiki “Keşlə” – red.) Avropa Liqasının 2012/13 mövsümünün I təsnifat mərhələsində səfərdə Estoniyanın “Trans” (Narva) klubunu 5:0 hesabı ilə məğlub etmişdi.

 

“Qarabağ” isə Çempionlar Liqasının 2017/18 mövsümünün I təsnifat mərhələsində Bakıda Gürcüstanın “Samtredia” klubunu 5:0 hesabı ilə qalib gəlmişdi.

 

6 cavabsız qolla qalib gələn “Neftçi” rekordu yeniləyib.

Xəbər xətti