Kristian Efros: “Liverpul” deyilik ki, belə geriliyi aradan qaldıra bilək”

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda “Neftçi”yə uduzan (0:6) “Sperantsa”nın baş məşqçisi Kristian Efros matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Oyun barədə çox danışmaq olar. Sadəcə rəqibi təbrik etməklə kifayətlənəcəm.

 

- İlk oyundan sonra demişdiz ki, “Neftçi” hakimlərin hesabına qalib gəldi. Bu günkü nəticə sizin üçün kifayət etdi?
- İlk matçla bağlı fikirlərim eyni olaraq qalır. Ancaq bu oyunla bağlı eyni şeyləri deyə bilmərəm. Bu gün risk etdik və belə uduzduq. Əgər ilk görüşdə fərqli nəticə olsaydı, bu gün başqa hesab qeydə alına bilərdi. Təəssüf ki, biz “Liverpul” deyilik ki, belə geriliyi aradan qaldıra bilək.

 

- Adətən belə məğlubiyyətlərdən sonra baş məşqçi klub prezidentinə hesabat verir. Atanız Efrosa nə deyəcəksiz?
- Bu, bizim problemimizdir, dəqiqdi ki, sizin deyil. Mən hesabatı prezidentə verəcəm, mətbuata yox.

 

- İlk oyundan sonrakı açıqlamalarınız rəqibi alçaltmaq mahiyyətində idi. Yəqin ki, bu matçdan sonra “Neftçi”ni heç vaxt unutmayacaqsız.
- Siz deyə bilərsiz ki, mən aqressiv danışıram, ancaq siz də aqressiv suallar verirsiniz. Mən bu gün sizin xoşunuza gələ biləcək şeylər də danışa bilərəm. Gəlin futboldan yox, həyatdan da danışaq. Məsələn, mənim kişi cinsi orqanlarım normaldır. Əgər sizin maaşınız aşağıdısa, istəyəcəksiz ki artsın. Hamı istəyər ki, uğurlu olsun. Mən həmişə udmaq istəyirəm. Bu gün alınmadı, sabah alınacaq. Ancaq axmaqlar deyə bilər ki, sabah uduzacam.

 

- Bütün bu aqressiyanı doğuranın ilk matçdan öncəki açıqlamalarınızın olduğunu düşünmürsüz?
- Hansı açıqlamalar?

 

- “Neftçi” ilə fərqimiz odu ki, onlar neft satırlar, biz pomidor. Biz “Neftçi”dən qorxmuruq, qalib gələcəyik" demişdiniz....
- Moldovada pomidor çoxdur, şərab da var, onları satırıq. Azərbaycanda neft var, siz buna görə qürur duymalısız.

 

- Adətən baş məşqçilər səfərdən öncə yerli mentalitetlə maraqlanırlar. Siz bilmirsiz ki, işlətdiyiniz ifadə Azərbaycanda normal qəbul edilmir?
- Heç vaxt Azərbaycan haqqında pis ifadə işlətməmişəm. Dünən də dedim ki, buranın qonaqpərvərliyi xoşuma gəldi. Onun müqabilində “Neftçi” rəhbərliyinin meydanın sulanması ilə bağlı açıqlamaları bizim də xoşumuza gəlməmişdi.

 

- “Neftçi”nin “Arsenal”la oyunlarda şansınızı necə görürsüz?
-  “Neftçi” qrup mərhələsinə düşsə, biz qürur duyacağıq. Hər iki komandaya uğur arzulayıram.

Tarix: 18 İyul [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio