Stankoviç: "Arsenal"la oyunlarda bizim də şanslarımız olacaq" - MÜSAHİBƏ

00:33 - 19 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna qalib gələn (6:0) “Neftçi”nin müdafiəçisi Voislav Stankoviç matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az serbiyalı futbolçunun müsahibəsini təqdim edir:

 
- Belə hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə gözləyirdik. Deyə bilmərəm ki, böyük hesablı qələbə gözləyirdik, ya yox. Ancaq kifayət qədər ciddi hazırlaşmışdıq. Bu gün yaxşı oyun nümayiş göstərdik, qalib gəldik.
 
- Baş məşqçinin istədiyi oyun budur? Baş məşqçinin tələb etdiyi oyunun neçə faizini verə bilirsiniz?
- Artırmalıyıq. Düzdür, böyük hesabla qalib gəlmişik. Belə hesabla udsaq da, bu gün də səhvlər buraxırdıq. Öz üzərimizdə çalışmalıyıq. 
 
- “Neftçi”nin müdafiə betonunun Petrovla Stankoviçin olduğunu demək olar?
- Bu, baş məşqçiyə aid sualdır. Birinci oyunda Mbocla Petrovmüdafiənin mərkəzində çıxış etmişdi. Bu gün isə mən və Petrov birgə oynadıq. Hər şey baş məşqçinin qərarından asılıdır. Futbolçuyam və vəzifəm baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir.
 
- II mərhələdə rəqibiniz Rusiya “Arsenal”ı olacaq. Tula təmsilçisinin oyunlarına baxmısınız? Bu komandanı keçmək şansınız var?
- Məncə, şanslarımız olacaq. Rəqibin oyunlarına baxmamışıq. İki gün sonra bu oyuna hazırlaşmağa başlayacağıq. Bizim şanslarımız var. “Arsenal” yaxşı komandadır. Ancaq bizim də komandamız yaxşıdır. Oyunumuzu yaxşılaşdırıb, həmin oyunlarda şanslı olduğumuzu göstərməliyik.
 
- “Vulverhempton”, “Espanyol”, “Roma”, “Ayntraxt” kimi klublar da “Neftçi”nin potensial rəqibləri idi. “Arsenal”ın daha münasib olduğunu demək olar?
- Təbii ki, daha güclü rəqib düşə bilərdi. “Arsenal”a qarşı yaxşı hazırlaşmalıyıq. Onlara qarşı yaxşı oyun sərgilməliyik.

Xəbər xətti