"Qəbələ"nin "Dinamo"yla oyunlarının vaxtı bəlli oldu

01:00 - 19 İyul 2019

2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək. Tbilisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

 

"Qırmızı-qaralar" iyulun 25-də "Dinamo"nu qəbul edəcək. Cavab görüşü isə avqustun 1-i səfərdə baş tutacaq. 

 

“Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komanda evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Xəbər xətti