"Neftçi"dən 6 cavabsız qol - GENİŞ İCMAL

10:10 - 19 İyul 2019

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Neftçi” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi Moldovanın “Sperantsa” klubunu qəbul edib. "Bakcell Arena"da keçirilən oyunda "ağ-qaralar" rəqibini 6:0 hesabı ilə məğlub edib.

 

“Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq.

 

"Neftçi" – "Sperantsa" - 6:0

Qollar: Vangelis Platellas, 18, 40, Emin Mahmudov, 24 (pen.), Dario Frederiko, 42, Stiven-Jozef Monroz, 67, İsmayıl Zülfüqarlı, 76
İlk oyun – 3:0

 

Xəbər xətti