UEFA-nın reytinqi: Qazaxıstan Azərbaycandan bir qədər də uzaqlaşdı

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

 

Sportal.az xəbər verir ki, Bakıda Moldovanın "Sperantsa" klubuna 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.

 

Rumıniyada "Universitatya Krayova" klubuna 2:3 hesabı ilə uduzan "Səbail" reytinqə xal yazdırmayıb.

 

Bununla da bu mövsüm Azərbaycanın reytinq xalı 0,875-ə çatıb, Bunun 0,500-nü "Neftçi", 0,375-ni "Qarabağ" əldə edib.

 

Son 5 mövsüm üçün ümumi xal 16,250-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır və 25-ci yerdəki Qazaxıstandan 1,125 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 15,250 xalı var.

 

Tarix: 19 İyul [10:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio