"Qəbələ" - "Dinamo" matçının başlama saatı açıqlandı

11:09 - 19 İyul 2019

2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin II təsnifat mərhələsində Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək.

 

Sportal.az xəbər verir ki, ilk oyununu iyulun 25-də Qəbələ şəhər stadionunda keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab görüşü isə avqustun 1-i səfərdə baş tutacaq.

 

Tbilisi klubu I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

 

“Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Xəbər xətti