"Qalatasaray" yeni transferini rəsmən açıqladı

11:38 - 19 İyul 2019

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Fulhem" klubunun yarımmüdafiəçisi Jan-Mikael Serini icarəyə götürüb. Fil Dişi Sahili millisinin üzvü "sarı-qırmızılar"da bir il çıxış edəcək. Serinin keçidi üçün İngiltərə klubuna 1,5 milyon avro təzminat ödənilib. "Qalatasaray" 18 milyon avro ödəməklə futbolçunu transfer edə bilər. Kot-d-ivuarlı futbolçunun illik maaşı 2,8 milyon avro olacaq.

 

"Fulhem" 27 yaşlı futbolçunu ötən yay "Nitsa"dan 30 milyon avroya transfer edib.

Xəbər xətti