"Arsenal" növbəti transferini reallaşdırıb.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "topçular" Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Vilyam Salibanı transfer edib. 18 yaşlı futbolçunun keçidi üçün 29 milyon avro təzminat ödənilib. Fransalı futbolçu yeni mövsümü icarə əsasında "Sent-Etyen"dən keçirəcək.
"Sent-Etyen"in yetirməsi olan Saliba Fransanın U-20 millisinin üzvüdür.