Salomon Rondon da "Çin karvanı"na qoşuldu

12:56 - 19 İyul 2019

İngiltərənin "Vest Bromviç" klubunun hücumçusu Salomon Rondon karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Venesuela millisinin üzvü Super Liqa təmsilçisi "Dalyan İfan" klubuna transfer olub. Bu keçid üçün Çin klubu 16,5 milyon funt-sterlinq təzminat ödəyib.

 

Rondon ötən mövsüm "Nyuksasl"da "Dalyan İfan"ın baş məşqçisi Rafael Benitesin rəhbərliyi altında icarə əsasında çıxış edib.

 

29 yaşlı forvard "Las Palmas", "Malaqa", "Zenit" kimi klublarda da çıxış edib. "Vest Bromviç" Rondonu 2015-ci ildə "Zenit"dən 12 milyon funt-sterlinqə transfer etmişdi.

Xəbər xətti