Yurgen Klopp: "Hər kəs bizdən 200-300 milyonluq transferlər gözləyir"

15:40 - 19 İyul 2019

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun transfer siyasətindən danışıb:

 

"Daha öncə də demişdim ki, bu yay bizim ən böyük transfer mövsümümüz olmayacaq. Ötən iki ildə böyük yatırımlar etmişik. Hər mövsüm çox pul xərcləmək olmaz. Hər kəs bizdən 200-300 milyonluq transferlər gözləyir. Bunu bacara biləcək 1-2 klub var ki, onlar da "Barselona" və "Real"dır. "Mançester Siti" və PSJ də bunu hər il edir".

 

Klopp bu yay futbolçu transfer etməmələrində problem görmədiyini söyləyib:

 

"Mən burada problem görmürəm. Komandada xoşbəxtik. Yalnız bir mövqeyə transfer ola bilər. Ancaq bu, şərt deyil. Hər şeyə qarşı alternativlərimiz var".

Xəbər xətti