"Qarabağ" 3 milyona hücumçu alacaq?

"Qarabağ"ın transfer hədəfində olan daha bir futbolçü müəyyənləşib.

 

Sportal.az depo.com.ar saytına istinadən xəbər verir ki, Argentinanın "Urakan" klubunun hücumçusu Lukas Qamba ağdamlıların transfer hədəfindədir.

 

Xəbərdə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəyi halda, hücumçunu transfer etməyə çalışacağı vurğulanıb. "Qarabağ"la yanaşı, Argentinanın digər təmsilçisi "Rosario Sentral" da Qambanı transfer etmək istəyir.

 

"Urakan"ın ötən il transfer etdiyi futbolçunun 3 milyon dollar qiymətinin olduğu qeyd edilib. Lukasın "Urakan"la müqaviləsi 2022-ci ildə başa çatacaq.

Tarix: 19 İyul [17:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio