"Ayaks" De Liqtin əvəzinə meksikalı müdafiəçi aldı

00:05 - 20 İyul 2019

Hollandiyanın "Ayaks" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Matteis de Liqtin "Yuventus"a transferindən sonra müdafiə xəttində yaranan boşluğu Meksika millisinin üzvü Edson Alvareslə doldurub. 21 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Ayaks" Meksikanın "Amerika" klubuna 15 milyon avro təzminat ödəyib.

 

Alvares "Amerika"nın yetisməsidir. Gənc oyunçu 2017-ci ildən Meksika millisində oynayır.

Xəbər xətti