"Arsenal" - "Neftçi" oyununun hakimləri müəyyənləşdi

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) – "Neftçi” matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

 

İyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Tarix: 20 İyul [14:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2019
13  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio