"Roma"da fransalı futbolçu

18:09 - 20 İyul 2019

"Roma" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "canavarlar" "Fiorentina"nın yarımmüdafiəçisi Jordan Veretunu bir illik icarəyə götürüb. Paytaxt təmsilçisi mövsümün sonunda 17 milyon avro ödəyib, fransız futbolçunu birdəfəlik transfer edəcək. Müqavilənin şərtlərinə 2 milyon avro bonus daxil edilib.

 

"Fiorentina" 26 yaşlı futbolçunu 2017-ci ildə "Aston Vİlla"dan 7 milyon avroya transfer etmişdi.

Xəbər xətti