Portuqaliya millisinin üzvü İtaliya klubunda

18:14 - 20 İyul 2019

Portuqaliya millisinin üzvü Migel Velozunun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi İtaliya A Seriya təmsilçisi "Hellas Verona"ya transfer olub. Klub saytının məlumatına görə, Velozuyla bir illik müqavilə imzalanıb. Təcrübəli futbolçu yeni klubuna azad agent statusu ilə keçib.

 

Portuqaliyalı futbolçu "Sportinq", "Dinamo" (Kiyev), "Cenoa" kimi klublarda çıxış edib.

Xəbər xətti