"Dandolk"un oyunu "Qarabağ"a görə təxirə salındı

00:12 - 21 İyul 2019

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Dandolk"un İrlandiya Premyer Liqasının 26-cı turunda keçirləcək matçı təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, "ağ zanbaqlar"ın "Sent Patriks Atletiks"lə iyulun 26-da keçiriləcək qarşılaşması təxirə salınıb. "Şəhərlilər" "Qarabağ"la oyuna yaxşı hazırlaşmaq üçün bu addımı atıb.

 

"Dandolk"un iyulun 19-da 25-ci tur çərçivəsində "Kork Siti"ylə keçirilməli olan qarşılaşası da təxirə salınmışdı. 

 

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.

Xəbər xətti