"Yuventus" Dibalanın transfer qiymətini müəyyənləşdirdi

12:49 - 21 İyul 2019

"Yuventus" "Mançester Yunayed"lə PSJ-nin transfer hədəfində olan Paulo Dibalanın təzminat qiymətini müəyyənləşdirib.

 

Sportal.az "calciomercato.com"a istinadən xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün 100 milyon avro tələb edir. 100 milyon avronun 20 milyonu bonuslar şəklində şərt qoyulub.

 

Neymarla yolları ayırmağı planlaşdıran PSJ Dibalanı alternativ kimi görür. Paris təmsilçisi bu keçid üçün 50 milyon avro ayırıb.

 

Argentinalı hücumçunun "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq. 25 yaşlı futbolçu ötən mövsüm 41 oyuna 10 qol vurub, 6 assist edib.

Xəbər xətti