Emil Balayev baş məşqçisiz qaldı

13:15 - 21 İyul 2019

Qazaxıstanın "Tobol" klubu baş məşqçisi Vladimir Qazzayevlə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssisin köməkçisi Nikolay Latış da vəzifəsindən ayrılıb.

 

"Tobol" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Jeness" klubu ilə oyunlarda mübarizəni dayandırmışdı.

 

39 yaşlı mütəxəssis bu ilin əvvəlindən Kostanay təmsilçisini çalışdırırdı.

 

Azərbaycan yığmasının üzvü Emil Balayev "Tobol"da çıxış edir. 25 yaşlı qapıçı Qazzayevin tələbiylə transer edilmişdi.

Xəbər xətti