"Fənərbaxça" 180 minə aldığı futbolçunu 18 milyona satdı

16:37 - 21 İyul 2019

"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliyanın "Napoli" klubunda davam etdirəcək.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, bu keçid üçün neapollular 18 milyon avrosundan keçib. 19 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Şimali Makedoniya yığmasının üzvü illik 1 milyon avro maaş alacaq.

 

"Fənərbaxça" "Rabotniçki"nin yetirməsi 2017-ci ildə 180 min avroya transfer etmişdi.

Xəbər xətti