"Barselona"dan sürpriz transfer planı

"Everton", "Sevilya" və "Arsenal"ın transfer hədəfində olan "Yuventus"un hücumçusu Moyze Kinlə maraqlanan daha bir klub bəlli olub.

 

Sportal.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, Luis Suaresə alternativ axtaran "Barselona" italiyalı hücumçuyla maraqlanmağa başlayıb. Məlumata görə, kataloniyalılar 19 yaşlı forvard üçün təklif göndərməyə hazırlaşır.

 

"Yuventus" Kini 30 milyona avroya satmağa hazırdır. Lakin Turin təmsilçisi müqaviləyə 40 milyon avro ödəyib, geri almaqla bağlı şərt qoymaq istəyir.

 

Gənc futbolçunun "Yuventus"la 2020-ci ilə qədər müqaviləsi var. Kin ötən mövsüm 17 oyuna 7 qol vurub, 1 assist edib.

Tarix: 21 İyul [18:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio