"Tottenhem"in hücumçusu Vinsent Yansenin yeni klubu bəlli olub.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, hollandiyalı forvard karyerasını Meksikada davam etdirəcək. 25 yaşlı futbolçu yüksək liqa təmsilçisi "Monterrey"lə anlaşıb. Hollandiya millisinin üzvü tibbi müayinədən keçib, müqavilə bağlamaq üçün Meksikaya gedib.
"Tottenhem" Yansseni 2016-cı ildə "Alkmaar"dan 22 milyon avroya transfer edib. O, ötən mövsüm üç oyun meydana çıxıb.