"Qəbələ" və "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi

16:16 - 22 İyul 2019

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Neftçi” və “Qəbələ”nin III raunddakı potensial rəqibləri bəlli olub.

 

II mərhələdə qarşılşacaq "Arsenal" (Rusiya) - "Neftçi" cütünün qalibi III raundda "Bney Yehuda" (Tel-Əviv, İsrail) ilə üz-üzə gələcək.


Mübarizəyə II mərhələdən başlayan "Qəbələ" Gürcüstan təmsilçisi "Dinamo"nu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə qarşılaşacaq.

Xəbər xətti