"Real" "Liverpul"un təklifini rədd etdi

11:11 - 22 İyul 2019

"Real" bu yay yarımmüdafiəçisi Marko Asensio üçün aldığı transfer təkliflərini rədd edib.

 

Sportal.az "Cadena SAR "a istinadən xəbər verir ki, ispaniyalı futbolçunu transfer etmək istəyən klublardan biri "Liverpul" olub. Xəbərdə "Real"ın 100 milyon avronu aşan təklifdən imtina etdiyi vurğulanıb.  "Kral klubu" ümumilikdə 6 klubun təklfini qəbul etməyib.

 

Baş məşqçi Zinəddin Zidan Asensionun komandada saxlanılmasını istəyib.

 

23 yaşlı futbolçu ötən mövsüm 44 oyuna 6 qol vurub, 7 assist edib.

Xəbər xətti