"Qarabağ" səviyyəli komanda kimi görünür" - "Dandolk"un yarımmüdafiəçisi

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dandolk"un yarımmüdafiəçisi Ceymi Makqret açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubun saytına danışan 22 yaşlı yarımmüdafiəçi "Qarabağ" barədə danışıb. İrlandiyalı futbolçu ilk oyunda qol buraxmamalı olduqlarını söyləyib:

 

"Dünən yaxşı məşq etdik və bu gün də buna hazırıq. Ötən gün "Qarabağ"ı təhlil etdik, bu gün də onları araşdıracağıq. Səviyyəli komanda kimi görünürlər. Ancaq meydana çıxmamış onların necə olduğunu tam hiss edə bilmərsiniz. Məşqçimiz Stiv Odonell "Qarabağ"ın bir neçə görüşünü izləyib. Bizi oyuna hazırlamaq üçün işlər görülür. Rəqib barədə məlumatımız var. "Riqa" ilə səfərdəki oyunda özümüzü evdəki kimi hiss edirdik. Mərhələ adlamığımız bizə növbəti oyunlar üçün güc verdi. "Qarabağ"lı evdəki oyunda əsas məqsədimiz qol buraxmamaqdır".

 

"Dandolk" - "Qarabağ" matçı iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Tarix: 22 İyul [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Dekabr 2019
15  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio