İbrahim Şehiç Zaqreb "Dinamo"suna keçir?

13:13 - 22 İyul 2019

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Ərzurumspor" klubundan ayrılmağa qərar verib.

 

Sportal.az sportske.ba-ya istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı komandanın Super Liqanı tərk etməsinə görə belə qərar verib. Məlumat görə, 30 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" klubunun transfer hədəfindədir. 24 yaşlı qapıçısı Dominik Livakoviçi Fransanın "Monpelye" klubuna 9 milyon avroya satan Zaqreb təmsilçisi boşluğu Şehiçlə doldurmağı planlaşdırır.

 

Bundan əlavə, Türkiyənin "Kayserispor" klubu da Bosniya və Herseqovina yığmasının üzvü ilə maraqlanır.

 

Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

 

Xəbər xətti