Azərbaycan klubu fəaliyyətini dayandırdı

17:13 - 22 İyul 2019

Ötən mövsüm Azərbaycan I Divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırıb.

 

Sportal.az xəbər verir ki, az öncə klubun iclası başa çatıb. Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.

 

"Şüvəlan" 2017-ci ildən AZAL-ın adını daşıyırdı.

 

Qəsəbə təmsilçisi ötən mövsüm I Divizionu 7-ci pillədə tamamlamışdı. Komandanın baş məşqçisi Adil Şükürov idi.

Xəbər xətti