Monçi "Sevilya"nı yenidən inşa edir: növbəti transfer

İspaniyanın "Sevilya" klubu növbəti transferini həll edib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, əndəlüsiyalılar Çinin "Quançjoy Everqrand" klubundan ayrılan serbiyalı futbolçu Nemanya Qudeli transferini bitirib. 27 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent statusu ilə keçib. Serbiya yığmasının üzvünün transferi tezliklə açıqlanacaq.

 

Qudel "Roma"dan "Sevilya"ya qayıdan məşhur idman direktoru Ramon Monçinin həyata keçirdiyi 11-ci transfer olub. Daha öncə Dieqo Karlos, Joan Jordan, Manus Dabbur, Jyol Kunde, Joan Jordan, Lukas Okampos, Luuk de Yonq, Fernando, Oliver Torres və Serxio Reqilonla müqavilə imzalanmışdı. "Sevilya" bu transferlərə 115 milyon avro xərcləyib.

 

Hollanduyanın "Breda" klubunun yetirməsi olan Nemanya Qudel "Alkmaar", "Ayaks", "Sportinq" klublarında da çıxış edib.

 

Tarix: 22 İyul [18:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio