Sportal.az-ın xəbəri təsdiqləndi: Meza Kolli rəsmən "Keşlə"də

19:56 - 22 İyul 2019

"Keşlə" növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubundan Sezar Meza Kollini heyətinə qatıb. Paraqvaylı futbolçu 1 illik icarəyə götürülüb.
 
Sezar Meza Kolli 2017-2018 mövsümünün ikinci yarısında "Keşlə"də  oynayıb. 27 yaşlı hücumameyilli futbolçu "Keşlə"dən Rumıniya klubuna keçmişdi.

 

Sezar Meza Kollinin "Keşlə"yə qayıdacağını ilk dəfə "Sportal" tirajlayıb.

Xəbər xətti