"Milan"dan "Monako"ya keçdi

21:08 - 22 İyul 2019

Fransanın "Monako" klubu növbəti transferini bitirib.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, "knyazlıq klubu" "Milan"ın hücumçusu Andre Silvanı transfer edib. Bu keçid üçün "Monako" 30 milyon avrosundan keçib. .

 

"Milan" "Atletiko"dan Anxel Korreanı transfer etmək üçün Silvanı "Monako"ya satmağa razılaşıb.

 

Portuqaliya millisinin üzvü tibbi müayinədən keçib, müqavilə imzalamaq üçün Monakoya gəlib.

 

"Milan" 23 yaşlı hücumçunu 2017-ci ildə "Portu"dan 38 milyon avroya transfer etmişdi.

Xəbər xətti