"Zirə"dən ayrılan futbolçu Çexiya klubunda

23:23 - 22 İyul 2019

Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Miloş Radivoyeviçin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, serbiyalı sol cinah müdafiəçisi karyerasını Çexiyada davam etdirəcək. Radivoyeviç yüksək liqa təmsilçisi "Slaven Belupo"ya transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

 

Daha öncə "Neftçi"dən ayrılan Qoran Paratski də "Slaven Belupo"ya keçmişdi.

 

29 yaşlı müdafiəçi ötən mövsüm "Zirə"də 21 oyuna 1 qol vurub.

Xəbər xətti