Radamel Falkao "Qalatasaray"a keçir? - agentdən açıqlama

00:53 - 23 İyul 2019

"Monako"nun hücumçusu Radamel Falkaonu "Qalatasaray"a transferi üçün Xorxe Mendeşlə birgə çalışan türkiyəli agent Ahmet Bulut açıqlama verib.

 

Sportal.az xəbər verir ki, agent trnasferin gerçəkləşmə ehtimalından danışıb:

 

"Falkaonun "Qalatasaray"a transferi asan məsələ deyil, amma ilk addım atılıb. Transferin reallaşmaq ehtimalı 50 faizdir. Onun pulsuz alınması mümkün deyil".

 

Bulut kolumbiyalı forvardın "Qalatasaray"a keçməyə müsbət baxdığını, ancaq maliyyə şərtlərində anlaşmanın həll olmalı olduğunu söyləyib.

 

33 yaşlı forvard "Qalatasaray"dan illik 6 milyon avro tələb edir və klubla 3 il müqavilə bağlamaq istəyir.

 

Falkao "Monako"da vergilər xaric illik 8,5 milyon avro qazanır və müqaviləsi 2020-ci ilin yayında başa çatır.

 

Kolumbiya yığmasının üzvüylə "Portu", "Real" (Madrid) və "Espanyol" klublarının da maraqlandığı iddia edilir.

Xəbər xətti