"Qazanan tərəf biz olacağıq" - "Dandolk"un müdafiəçisi

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dandolk"un futbolçusu Şon Qennon açıqlama verib.

 

Sportal.az "Irish Mirror"a istinadən xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi "Qarabağ" barədə danışıb. İrlandiyalı futbolçu komandasının qələbəsinə inandığını deyib:

 

"Qarabağ" yaxşı komandadır. Avropadakı rekordları özləri barədə hər şeyi deyir. Qrup mərhələlərində mütəmadi çıxış edən klubdur. Lakin biz də yaxşı komandayıq. Daha əvvəl böyük klubları məğlub etmişik. Heç bir şeydən çəkinmirik, qazanan tərəf biz olacağıq. Klubumuzun mentaliteti budur, Avropada irəli getmək istəyirik. Matça çox yaxşı hazırlaşacağıq. Matç zamanı "Qarabağ"ı da yaxşı tanıyacağıq. Oyun planı üçün zamanımız var. Məşqlərdəki ikitərəfli oyunlarımızı izləsəz, hər iki 11-liyin eyni səviyyədə olduğunu görəcəksiniz, zarafat etmirəm, liqa oyunu kimidir. Yeni futbolçularla da rəqabət artıb. Hər mövqeydə 2-3 futbolçu var. Avropada irəliləsək, çempionatın səviyyəsi artsa, biz də güclü olacağıq".

 

"Dandolk" - "Qarabağ" matçı iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Tarix: 23 İyul [11:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio