"Arsenal" "Real"ın futbolçusunu icarəyə götürdü

15:27 - 23 İyul 2019

İngiltərənin "Arsenal" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, London təmsilçisi "Real"ın futbolçusu Dani Kebalyosu icarəyə götürüb. İspaniya millisinin üzvü oyunçu bir mövsüm "topçular"da çıxış edəcək.

 

"Real" 22 yaşlı yarımmüdafiəçini 2014-cü ildə "Real BEtis"dən 18 milyon avroya transfer edib.

Xəbər xətti