"Kəpəz"də baş məşqçi təyinatı - komanda üzvləriylə görüşdü

16:00 - 23 İyul 2019

“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yaşar Vahabzadə Gəncəyə gəlib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Vahabzadə və məşqçilər korpusuna daxil olan köməkçiləri Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 12 oyunçu qatılıb.

 

Yaşar Vahabzadə təyinatından danışaraq köməkçilərini komanda üzvlərinə təqdim edib. Gəncə futbolunun və “Kəpəz”in Azərbaycan futbolundakı mövqeyindən bəhs edən təcrübəli mütəxəssis yerli futbol məktəbinin potensialına güvəndiyini bildirib. Baş məşqçi daha sonra oyunçuları dinləyib. Görüşün sonunda komandaya uğurlar arzulanıb. Kollektivin yaxın günlərdə məşqlərə başlayacağı qeyd olunub.

 

Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. Tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.

 

Yaşar Vahabzadə bundan öncə də “Kəpəz”də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Image may contain: 4 people, people sitting, table and indoor

Image may contain: 8 people, people sitting, beard and indoor

Image may contain: 6 people, people sitting, beard and indoor

Image may contain: one or more people, people sitting and indoor

Image may contain: 1 person, sitting, child and indoor

 

Xəbər xətti