Rekord transfer rəsmən açıqlandı

16:17 - 23 İyul 2019

"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliyanın "Napoli" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi neapollulardan 16 milyon avro təzminat alıb. Müqaviləyə 1,5 milyon avro bonus şərti qoyulub. Növbəti satışdan "sarı-lacıvərdlilər"ə pay düşəcək.

 

19 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Şimali Makedoniya yığmasının üzvü illik 1 milyon avro maaş alacaq.

 

"Fənərbaxça" "Rabotniçki"nin yetirməsi 2017-ci ildə 180 min avroya transfer etmişdi. Elmas klub tarixinda ən baha qiymətə satılan futbolçu olub.

Xəbər xətti