Azər Bağırov bölgə klubunun baş məşqçisi təyin edildi

17:04 - 23 İyul 2019

Ötən mövsüm MOİK-ı I Divizionda çempion edən Azər Bağırovun yeni iş yeri məlum olub.

 

Gənc mütəxəssis "Turan Tovuz"un baş məşqçisi təyin olunub. Sportal.az-a açıqlamasında Bağırov bir illik müqavilə imzalayacağını deyib:

 

"Təyinatım rəsmiləşməyib. Ancaq danışıqlar uğurlu keçdi. Tovuza gedib, rəsmi müqaviləyə qol çəkməyim qalıb. Bir illik müqavilə bağlayacam. Bu gün ora gedəcəmsə, yəqin ki, ciddi iş olacaq. İşi yola verməyəcəyik. Ən azı ilk beş pillədən birini tutmaq üçün çalışacağıq. Transfer məsələrinə gəlincə, danışıqlar apardığımız oyunçular var, ancaq təyinatımın rəsmiləşməsini gözləyirəm. Bundan sonra tam hərəkətə keçəcəyik".

Xəbər xətti