Kurban Berdıyev Ramil Şeydayevin komandasının baş məşqçisi ola bilər

18:48 - 23 İyul 2019

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiya Premyer Liqa təmsilçisi "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilə bilər.

 

Sportal.az sport.ru-ya istinadən xəbər verir ki, Moskva təmsilçisinin rəhbərliyi Premyer Liqanın ilk iki turundan sonra komandanın bir xal toplamasından razı qalmayıb. Məlumata görə, paytaxt təmsilçisinin baş məşqçi postuna ötən mövsüm "Rubin"dən ayrılan Kurban Berdıyev namizəddir.

 

"Dinamo" Premyer Liqanın iki turundan sonra bir xal toplayıb.

 

Xəbər xətti