"Qəbələ" "Dinamo" oyunun hazırlığını doğma meydanda davam etdirir

00:12 - 24 İyul 2019

Avropa Liqasına II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubunu qəbul edəcək "Qəbələ" oyunun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Türkiyədəki toplanışdan qayıtdıqdan sonra Bakı Olimpiya Stadionun köməkçi meydançasında hazırlaşan komanda Qəbələyə yollanıb.

 

"Qırmızı-qaralar" ötən gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunda məşqə çıxıb.

 

"Qəbələ" - "Dinamo" görüşü iyulun 25-i, saat 19:00-da baş tutacaq.

 

Xəbər xətti