Reynaldo Qazaxıstan klubundan ayrıldı

10:20 - 24 İyul 2019

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Reynaldo Qazaxıstanın "irtış" klubuna transfer olmuşdu.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Pavlodar təmsilçisi yeni müqavilə imzaladığı futbolçu ilə yolları ayırıb. Braziliyalı futbolçu ailə vəziyyətinə görə klubdan ayrılmağa qərar verib. 29 yaşlı vingerin müqaviləsinə qarşlıqlı razılaşma əsasında xitam verilib.

 

Reynaldo ötən mövsüm "Qarabağ"da 7 oyuna 1 qol vurub. O, daha öncə Qazaxıstanda "Aktobe" klubunda çıxış edib.

Xəbər xətti