"Real"da şok itki: yeni mövsüm oynamayacaq

12:04 - 24 İyul 2019

İspaniyanın "Real" klubu ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Marko Asensio Beynəlxalq Çempionlar Kubokunda "Arsenal"la keçirilmiş matçda ciddi zədələnib. Meydan xərəkdə tərk edən 23 yaşlı futbolçunun sol dizinin ön çarpaz bağları qopub. Bu səbəbdən də ispaniyalı oyunçu ən azı 8-9 ay yaşıl meydanlardan kənar qalacaq. Onun yeni mövsüm oynamayacağı ehtimal olunur.

 

Asensio 2:2 hesabı ilə başa çatan oyunda bir qol vurub.

Xəbər xətti