Adil Şükürov: "Britaniya futboluna üstünlük verən komandalarla oyunda "Qarabağ" həmişə çətinlik çəkib"

Vaxtilə aşağı yaş qrupları üzrə yığmalarda çalışmış Adil Şükürov klublarımızın avrokuboklardakı şanslarından danışıb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis açıqlamasında bunları söyləyib:

 

"Roma" və "Atletiko" ilə oyunlara baxanda gördük ki, "Qarabağ" hər bir rəqibə qarşı güc göstərə bilir. Fikirləşirəm ki, yaxşı nətiə gözləmək lazımdı. İnanıram ki, bu olacaq. Həmişə görmüşük ki, Britaniya futboluna üstünlük verən komandalarla oyunda "Qarabağ" həmişə çətinlik çəkib. Çünki "Qarabağ" ispan futboluna, "Barselona"ya daha yaxın üslubda oynayır. Əsasən yerlə ötürmələrdən yararlanırlar. Ancaq milli səviyyəsində də gördük ki, standart vəziyyətlər zamanı daim gərginlik olur. Ona görə də "Qarabağ" ərazi üstünlüyünü, topu özündə saxlaya bilsə daha rahat olacaq. Topu rəqibə verib müdafiə olunsaq, çətinliklər yaşayacağıq. Belədə istər-istəməz boşluqlar da olur, standart vəziyyətlər də yaranır. Bizdə də standart vəziyyətlər həmişə problemli tərəf olub. Elə "Partizani" ilə son oyunda da göründü ki, standart vəziyyətlər zamanı komandada gərginlikər yaranır".

 

Adil bəy "Qəbələ" və "Neftç"inin şansları haqda fikirlərini bölüşdü: "Qəbələ" yeni komandadı. Demək olar ki, öz akademiyalarının uşaqlarından qurulub. Baxmayaraq ki, legionerlər də alınıb. Oyunlarını görməmişəm deyə nəsə danışmaq çətindi. "Dinamo" haqda bir qədərə məlumat toplamışdım. Səhv etmirəmsə məşqçiləri ispandı. Ona görə də çətinlik olacağını gözləyirəm. "Neftçi"nin "Arsenal"la matçlarına gələndə, dünya çempionatından sonra göründü ki, Rusiya futbolunda inkişaf əvvəlki illərə nisbətən daha sürətlə gedir. Elə əvvəlki illərdə də yaxşı vəziyyətdə idilər. Onlar həmişə bizdən üstün olublar. "Neftçi" üçün çox çətin olacaq. Son oyunda göstərdilər ki, rəqibi əks-hücumlara daha çox buraxırlar. Bordin İtaliya futbolunun nümayəndəsidi. Düşünürəm ki, "Arsenal"la görüşdə əks-hücumlara daha çox üstünlük verəcək".

 

Maraqlıdı bu il hansısa klubumuzdan qrup mərhələsini tələb etmək olarmı?: "Qarşıdakı mərhələlərə baxsaq, "Neftçi"nin də, "Qarabağ"ın da qrupa düşmək şansları daha çoxdu. "Neftçi"nin Avroliqaya düşmək şansı var. "Qarabağ" üçün sonrakı mərhələdə daha güclü rəqib gələcək. Ümid edək ki, hər şey yaxşı olacaq. Ancaq keçə bilməsələr, Avroliqanın qrup mərhələsinə düşmək şansları daha çox olacaq" (sport7.az).

Tarix: 24 İyul [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Dekabr 2019
6  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio