Emin Mahmudov: "Neftçi" və "Arsenal”ın legionerləri arasında böyük fərq yoxdur"

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Arsenal”la oyun öncəsi "Neftçi”nin kapitanı Emin Mahmudov mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi oyuna ciddi hazırlaşdıqlarını deyib:

 

"Çox ciddi hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Bura qələbə qazanmağa gəlmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm, evə müsbət nəticə ilə dönəcəyik”.


Mahmudov "Neftçi" və "Arsenal"ın legionerlərində böyük fərq olmadığını deyib: "Məncə, bizdəki əcnəbilərlə "Arsenal”ın legionerləri arasında elə böyük fərq yoxdur. Rusiya çempionatının ikinci "8-liy”ində qərarlaşanlarla bizim legionerlər eyni səviyyədədirlər. Təbii ki, Rusiya top-klublarında legionerlər bizimkilərdən daha güclüdürlər. Kirill Kombarovla 2 il bir yerdə oynamışıq. Əlbəttə, sabah həm onunla, həm digər oyunçularla, həm də ikinci və üçüncü məşqçilərlə görüşüb, danışacağam. Çoxdandır əlaqə saxlamırıq. Köhnə dostlara qarşı oynamaq xoş olacaq”.

Tarix: 24 İyul [21:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2019
9  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio