Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü nə vaxt atılacaq?

11:33 - 26 İyul 2019

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, mərasim avqustun 5-də, AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqasının yeni mövsümü 16 avqustda start götürəcək.

Xəbər xətti