"Qarabağ" "Dandolk"la oyunun hazırlığına başladı

15:40 - 26 İyul 2019

"Qarabağ"da bir günlük istirahət başa çatıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu bu gündən Çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk"la (İrlandiya) cavab görüşünün hazırlığına başlayıb. Qurban Qurbanovun kollektivi klubun bazasında hazırlaşır.

 

Cütün cavab qarşılaşması iyulun 31-i, saat 21:00-da "Dalğa Arena"da keçiriləcək. Komandaların İrlaniyada keçirilmiş matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər xətti