Starric "Trabzonspor"la anlaşdı

00:31 - 27 İyul 2019

İngiltərənin "Liverpul" klubundan ayrılan Deniel Starric karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Trabzonspor"la 3 illik anlaşma əldə edib. İngiltərə millisinin üzvü yaxın günlərdə Türkiyəyə gələcək və "bordo-mavililər"lə müqavilə bağlayacaq.

 

Starric 2013-2019-cu illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti