Qaret Beyl Çində - VİDEO

11:44 - 28 İyul 2019

"Real"ın futbolçusu Qaret Beyl "Çzyansu Sunin" klubu ilə müqavilə imzalamaq üçün Çinə yollanıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı vingerin tibbi müayinədən keçdikdən sonra Super Liqa klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. Uels millisinin üzvünün illik maaşı 22 milyon avro olacaq.

 

Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

"Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.

 

Xəbər xətti