Fərid Nəbiyev het-trik etdi

17:09 - 28 İyul 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubunun əvəzedici komandasında yoxlama görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, Praqa klubu "Ştexovitse" ilə yoxlama oyununda 6:0 hesablı qələbə qazanıb.

 

Əvəzedici komandaya yüksələn Fərid 36, 38 və 71-ci dəqiqələrdə fərqlənərək, het-trikə imza atıb.

Xəbər xətti